» » Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

Bölmə: Idman
Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcəkAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək.

Xalqinfo.az xəbər verir ki, yarışmada, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

Superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler