» » Azərbaycanda oynayan legionerlərə qara xəbər

Azərbaycanda oynayan legionerlərə qara xəbər

Bölmə: Idman
Azərbaycanda oynayan legionerlərə qara xəbərTopaz Premyer Liqasında çıxış edən Julius Vobay (“Neftçi”) və Alfred Sanko (“Xəzər Lənkəran”) qara xəbər alıblar.Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, onlar Afrika Millətlər Kubokundakı çıxışlarını başa vurublar.

Belə ki, hər iki legionerin şərəfini qoruduğu Syerra-Leone millisi bu turnirdə mübarizəni davam etdirməkdən boyun qaçırıb. Buna səbəb ölkəni bürüyən Ebola virusudur.

Bütün Syerra-Leonenin diqqəti virusla mübarizəyə yönəldiyindən futbol arxa plana keçib. Bunu yığmanın baş məşqçisinin köməkçisi Sander de Kramer də təsdiqləyib. O bildirib ki, belə vəziyyətdə yarışda çıxış etmək mənasızdır.

Qeyd edək ki, seçmə mərhələdə Kamerun, Konqo DR və Kot-d`İvuar milliləri ilə eyni qrupda yer alan Syerra-Leone 4 oyundan sonra 1 xal toplamaqla sonuncu pillədədir. Vobay 3, Sanko isə 1 matçda meydana çıxmışdı. Son iki turda isə onların komandasına məğlubiyyət veriləcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler