» » Ronaldo Türkiyədə otel açır

Ronaldo Türkiyədə otel açır

Bölmə: Idman
Ronaldo Türkiyədə otel açır“Real Madrid”in ulduzu Kriştiano Ronaldonun şərik olduğu otellər şəbəkəsi 3 ölkədə yeni otellər açmaq barədə qərar qəbul edib.

Xalqinfo.az xəbər verir ki, yeni otellərin Türkiyə, İtaliya və Yunanıstanda açılması nəzərdə tutulub.

Futbolçuluqdan əlavə CR7 markası ilə tekstil və aksesuar sektorunda milyonlarla dollar gəlir əldə edən Ronaldo 2015-ci ildən 70 milyon avro ödəyərək portuqaliyalılara məxsus otellər şəbəkəsinə şərik olub. “Pestana Group” şirkətinin Portuqaliya, Argentina, Hollandiya, ABŞ və Almaniyada otelləri var.

Ronaldonun şərik olduğu şirkət il ərzində İtaliya, Yunanıstan və Türkiyədə də yeni turizm obyektlərinin tikilməsini planlaşdırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler