» » “Neftçi”yə baş məşqçi təyin olundu

“Neftçi”yə baş məşqçi təyin olundu

Bölmə: Idman
“Neftçi”yə baş məşqçi təyin olundu“Neftçi” futbol klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Xalqinfo.az kluba istinadla xəbər verir ki, qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.

1998-2001-ci illərdə “Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. Qırx beş yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

“Neftçi”nin U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərin baş məşqçi köməkçisi təyin olunub. Ə.Niftəliyev 1996-2002-ci illərdə “Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan futbolçularından olublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler