» » AFFA daha bir futbolçunu qovdu -

AFFA daha bir futbolçunu qovdu - Qərar

Bölmə: Idman
AFFA daha bir futbolçunu qovdu - Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, iclasda “Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılması barədə qərar qəbul edilib. Bundan əlavə oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, 27 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler