» » Ər-Riyad İsrail şaxmatçılarına dünya çempionatına qatılmaq üçün viza vermədi

Ər-Riyad İsrail şaxmatçılarına dünya çempionatına qatılmaq üçün viza vermədi

Bölmə: Idman
Ər-Riyad İsrail şaxmatçılarına dünya çempionatına qatılmaq üçün viza vermədiSəudiyyə Ərəbistanı yeddi İsrail şaxmatçısına rapid və blits üzrə dünya çempionatında iştirak etmək üçün viza verməkdən imtina edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Beynəlxalq şaxmat federasiyasının (FIDE) vitse-prezidenti İsrael Helfer bildirib.

Helfer qeyd edib ki, israilli şaxmatçılara viza verilməsi gözlənilmir də.

“Əgər şaxmatçılara yarışlarda iştirak etməyə mane olunursa, bu, artıq dünya çempionatı deyil. Milliyyətindən asılı olmayaraq, hər bir şaxmatçının turnirlərə qatılmağa ixtiyarı olmalıdır”, - deyə İsrail şaxmat federasiyasının mətbuat xidmətinin rəhbəri Lior Ayzenberq bildirib.

Qeyd edək ki, bu il rapid və blits üzrə dünya çempionatı 26-30 dekabr tarixlərində Ər-Riyadda keçiriləcək. Turnirin uduş fondu 2 milyon dollar təşkil edəcək. Blits və rapid üzrə dünya çempionları 750 min dollar, qadın turnirlərinin qalibləri isə 250 min dollar məbləğində mükafat alacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler