» » Fatih Terim 4-cü dəfə “Qalatasaray”da

Fatih Terim 4-cü dəfə “Qalatasaray”da

Bölmə: Idman
Fatih Terim 4-cü dəfə “Qalatasaray”da
Xəbər verdiyimiz kimi, “Qalatasaray” klubu ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi İqor Tudorla yollarını ayırmış və 13 yanvarda klub prezidentliyi üçün erkən seçki qərarı almışdı.

Xalqinfo.az xəbər verir ki, azarkeşlərin və klub idarə heyətinin bir çox üzvü Fatih Terimin yenidən baş məşqçi gətirilməsini tələb edirdi.

Bir neçə gündür bu tələbin əksinə hərəkət edən klub rəhbərliyi təzyiqlərə tab gətirə bilməyib və geri addım atıb. Belə ki, “sarı-qırmızılılar” 64 yaşlı mütəxəssislə razılıq əldə edib. Məlumat klubun rəsmi səhifəsindən elan edilib.

Fatih Terim 4-cü dəfə “Qalatasaray”da

Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir. F.Terimin köməkçiləri isə Yohan Elmander, Həsən Şaş, Ümid Davala və Taffarel olacaq.

Fatih Terim Tvitterdəki hesabında isə bu bu paylaşımla diqqət çəkib:

Fatih Terim 4-cü dəfə “Qalatasaray”da

Qeyd edək ki, təcrübəli mütəxəssis daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “Cimbom”u çalışdırmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler