» » “Qarabağ” Ndlovunu satmağa razılıq verib –

“Qarabağ” Ndlovunu satmağa razılıq verib – İddia

Bölmə: Idman
“Qarabağ” Ndlovunu satmağa razılıq verib – “Qarabağ” hücumçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçidinə razılıq verib.

Qol.az-ın məlumatına görə, bu haqda Cənubi Afrikanın soccerladuma.co.za saytı məlumat yayıb. İddia edilib ki, qış transfer pəncərəsi açılandan sonra Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq. Çin klubunun Cənubi Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

“Qarabağ”ın Ndlovunun transferinə razılıq verməsinə əsas səbəb kimi, bu futbolçu ilə gələn ilin yayında müqaviləsinin başa çatacağı göstərilib. Ona görə də klubun Ndlovunu 6 ay əvvəldən satmaqla maddi gəlir götürmək istədiyi yazılıb.

Qeyd edək ki, daha öncə Çin klubunun Ndlovuya görə “Qarabağ”a 1 milyon avro ödəyəcəyi bildirilirdi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xançjou Qrintaun”dan təklif aldıqlarını təsdiqləsə də, bununla bağlı dəvəti “gülməli təklif” adlandırmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler