» » “Mənim əlavə pul xərcləməkdən xoşum gəlir?”

“Mənim əlavə pul xərcləməkdən xoşum gəlir?”

Bölmə: Idman
“Mənim əlavə pul xərcləməkdən xoşum gəlir?”
AFFA-nın İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra qurumun prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib.

Xalqinfo.az xəbər verir ki, Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandalarına təyinatlar rəsmiləşib: “Bu barədə detalları danışmıram, Qurban Qurbanov danışar. Çünki seçim onun tərəfindən edilib”.

R.Abdullayev oyun alqı-satqısına gəlincə bildirib ki, bu istiqamətdə son zamanlar araşdırma aparılıb:

“UEFA bu məsələyə ciddi yanaşır. Hətta Azərbaycan birinci divizionunu yoxlayır. Futbolla məşğul olan adam mərc oyunlarında iştirak etməməlidir. Bu qanunla da qadağan olunub, çünki artıq cinayət məsuliyyətidir. “Keşlə”nin 2 oyunçusu və “Neftçi”nin məşqçisi tutulub və prokurorluğa verilib.

"Kəpəz" AFFA tərəfindən maliyyələşir. Bizim orda nümayəndələrimiz var idi. Təəssüf ki, onlar maliyyə pozuntusu etməyə cəhd etmişdilər. Alınmadı və onlar qovuldu. Bəziləri deyə bilər ki, manipulyasiyaya görə qəti tədbirlər görüldü. Onlar ömürlük uzaqlaşdırıldı. Bu hər zaman belə olacaq. Bilirsiz, Serbiyada, Xorvatiyada güclü klublar mərc oyunlarında iştirak etdilər, haram qatdılar deyə zəiflədilər. Futbolumuza haram qatmamalıyıq".

"İctimaiyyətdə fikir yaranıb ki, AFFA futbolda monopoliya yaradıb kənar sponsorları yaxın buraxmır" sualına federasiya rəhbəri belə cavab verib: "Kim var gətirin danışaq. Mənim xoşum gəlir əlavə maliyyə xərcləməkdən? Lisenziya məsələsinə gəlincə, UEFA-nın şərtləri var.

Premyer Liqada komandaların sayını, hətta keçən il artırmaq istəyirdik, amma alınmadı. Çünki sponsor problemi var. Sponsorların çoxu futboldan qaçdı. Bizim hər bölgədə komanda yaratmaq imkanınız yoxdur. Maliyyə problemi yaranıb".

"Futbolumuza haram qatmamalıyıq dediniz. Amma çempionatın sponsoru Topazdır..." sualına isə R.Abdullayev belə cavab verib: "Topazı biz yaratdıq ki, xaricə gedən pullar elə bizdə qalsın. Onların çempionata heç bir dəxli yoxdur və oyunlara yatırım etmir. Belə ola da bilməz".




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler