» » Cüdoçularımız "World Masters" turnirini 2 medalla başa vurub

Cüdoçularımız "World Masters" turnirini 2 medalla başa vurub

Bölmə: Idman
Cüdoçularımız "World Masters" turnirini 2 medalla başa vurub
Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "World Masters" turnirini 2 medalla başa vurub.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib. Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler