» » ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi

ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi

Bölmə: Idman
ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdiABŞ milli yığmasını Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Fox News telekanalının efirində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

Ona “Vaşinqton Koreya yarımadasında gərginliyin artmasına baxmayaraq, ABŞ yığmasını 2018-ci il Olimpiya oyunlarına göndərməklə bağlı qərar qəbul edibmi?” sualı verilib.

“Bəli, biz olimpiya yığmasını tam tərkibdə göndərməyə hazırlaşırıq”, - deyə diplomat cavab verib.

Xatırladaq ki, bir müddət öncə Heyli ABŞ yığmasının Phençhanda keçiriləcək Qış Olimpiya oyunlarına qatılmasının tövsiyyə olunması məsələsinin hələ açıq qaldığını bildirmişdi.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler