» » “Biz Nostradamus deyilik” -

“Biz Nostradamus deyilik” - Ramiz Məmmədov

Bölmə: Idman
“Biz Nostradamus deyilik” -Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində açılış oyununda “Kəpəz”i doğma “divarlar arası”nda 2:0 məğlub edən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov mətbuat konfransı keçirib.

“Xalqinfo” xəbər verir ki, mütəxəssis nəticədən və oyundan məmnun qaldığını gizlətməyib:

“Uşaqlar bacarıqlarını etdilər. Kasad heyətlə oynayırıq. Futbolçular bu gün yaxşı nəticə qazanmalı olduğumuzu dərk edirdilər. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadır. Bu mənada, futbolçuları xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını saxladılar”.

- Hesab edirmisiniz ki, bu dəyişikliklər ilk gəldiyiniz vaxtlar edilməliydi?

- Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə həmin dəyişiklikləri etmək çətindir. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdirlər. Əvəzedici heyətdən gələn uşaqlar hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundur.

- Demək olarmı ki, komandadan artıq futbolçular təmizləndi?

- Geriyə qayıtmaq istəmirəm. Mən optimist insanam. İrəliyə baxmaq lazımdır. Komanda öz oyununu yavaş-yavaş tutmaq üzrədir. Futbolçularda özünəinam hissi qayıdıb. Biz məşqçi olaraq boşluqları görürük və onları aradan qaldırmağa çalışırıq. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler