Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcəkBölmə: Idman
Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar paytaxtda olacaq. Əvvəlcə "Keşlə" ilə "Kəpəz", daha sonra "Zirə" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Bu cütlüklər ötən mövsüm də eyni mərhələdə qarşılaşıblar. "Neftçi" "Zirə"ni (3:0, 2:1), "Keşlə" isə "Kəpəz"i (2:0, 0:0) üstələyib. Azərbaycan Kuboku, 1/4 final, İlk oyunlar 10 dekabr (bazar) 14:00. “Keşlə” – “Kəpəz” Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov AFFA nümayəndəsi: Rauf Hüseynli Hakim-inspektior: Murad Məmmədov “İnter Arena” 16:00. “Zirə” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov AFFA nümayəndəsi: Abas Hüseynov Hakim-inspektor: Şahin Cəfərov Zirə İdman Kompleksinin stadionu |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|