» » Tofiq Heydərov istefa verdi

Tofiq Heydərov istefa verdi

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Tofiq Heydərov istefa verdiAğır atletika üzrə yığma komandanın baş məşqçisi Tofiq Heydərov postundan gedib.

Xalqinfo.az xəbər verir ki, onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib.

Heydərov isə fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.

Qeyd edək ki, o, AAAF Park yaşayış kompeksinin rəhbəridir. Bir müddət öncə Heydərovun həbsi ilə bağlı xəbərlər də yayılmışdı.

***

Tofiq Heydərovun istefa səbəbi kimi işlərinin çoxluğu göstərilsə də, onun gedişinin əsl səbəbi başqadır. Xatırladaq ki, o, hələ milli komandadan ayrılmaq qərarını İslam Oyunlarından bir müddət sonra vermişdi. Belə ki, ağır atletika millimizin üzvləri Anastasiya İbrahimli və Hafiz Süleymanov oyunlarda medal qazansalar da, bunu dopinqlə əldə etmişdilər. Sonradan onların qanında aşkarlanan lazımsız preparatlar Heydərovu sarsıtmışdı. Milliyə baş məşqçi təyin olunandan dopin qalmaqallarının qarşısını almağı hədəfləyən çalışdırıcı bunu bacarmayınca yığmanın sükanı arxasından gedəcəyi ilə bağlı öz feysbuk hesabında məlumat yaymışdı.

Lakin sonradan onun müəyyən qədər millidə qalması istənilmişdi. Yeni baş məşqçi axtarışı bitənə qədər millidə qalmağa razılaşan Heydərov artıq rəsmən postundan gedib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler