» » “Hamı “Qarabağ”a “asan yem” kimi baxırdı” -

“Hamı “Qarabağ”a “asan yem” kimi baxırdı” - Eysebio Di Françesko

Bölmə: Idman
“Hamı “Qarabağ”a “asan yem” kimi baxırdı” -
Sabah Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyunöncəsi mətbuat konfransında iştirak edib.

“Xalqinfo” xəbər verir ki, italyan mütəxəssis sabah onları çətin oyun gözlədiyini deyib:

“Ehtiyatlı olmalıyıq. Ciddi hazırlaşmışıq. Məsuliyyəti dərk edirik. Çətin oyun olacaq. Bu qarşılaşmada “Qarabağ”a nəfəs almağa imkan verməməliyik”.

- Nainqqolan və Perotti “Qarabağ”la oyuna hazırdırlar?

- Çox xoşbəxtik ki, hər ikisi oyuna hazırdır. SPAL-la matçda yüngül zədə alan Aleksandar Kolarov da “Qarabağ”a qarşı oynayacaq gücdədir.

- Qrupu ilk pillədə başa vurmaq üçün “Atletiko”dan Londonda hədiyyə gözləyirsiniz?

- Çempionlar Liqasına bütün gücümüzü və diqqətimizi cəmləmişik. Mən bütün oyunlarda futbolçularıma deyirəm ki, taleyimiz öz əlinizdədir. Məqsədimiz 1/8 finala yüksəlməkdir.

- Sabah hansısa risk etməyi düşünürsünüz?

- Biz sabah yaxşı komanda ilə üz-üzə gələcəyik. “Qarabağ”a hamı “asan yem” kimi baxırdı. İlk oyunda “Çelsi”yə 0:6 hesabı ilə uduzmuşdular, amma növbəti oyunlarda tam fərqli “Qarabağ” gördük. Rəqibimiz ilk oyundakı “Qarabağ” deyil. “Atletiko” ilə oyunlarda komanda oyunu nümayiş etdirərək xallar qazandılar. Əvvəlcədən kiçik klub hesab etdiyimiz “Qarabağ”a qalib gəlməyimizə böyük dəyər verilməlidir. Səfərdəki oyunda hiss etdik ki, rəqibimiz güclüdür. Meydana çıxacaq oyunçularıma güvənirəm.

- “Qarabağ”ın şansını necə dəyərləndirirsiniz? Sabah sürpriz edə biləcəklər?

- Mən həmişə nikbin olmuşam. Belə də davam edəcəm. Bir daha deyirəm ki, “Qarabağ” yaxşı komandadır. Suallara meydanda aydınlıq gələcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler