» » Taekvondoçularımız bir günə 4 medal qazandı -

Taekvondoçularımız bir günə 4 medal qazandı - Dünya Oyunlarında

Bölmə: Idman
Taekvondoçularımız bir günə 4 medal qazandı - Portuqaliyanın Vila Real De San Antonio şəhərində keçirilən IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunlarında taekvondo idman növünün ilk yarış günü başa çatıb.

Unikal.org-un məlumatına görə, millimiz yarışın birinci günü uğurlu çıxış ediblər.

Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Belə ki, yığmanın kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kq çəki dərəcəsində K42 kateqoriyalı idmançıların mübarizəsində qızıl, K43-də isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (75 kq) və +75 çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.


Yarışın ikinci günündə Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (59 kq, K44) mübarizəyə qatılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler