» » “Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” -

“Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” - Cavid Hüseynov

Bölmə: Idman
“Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” - Bu gün Topaz Premyer Liqasının XIV turu çərçivəsində "Qəbələ" "Keşlə"ni qəbul edib.

“Xalqinfo” xəbər verir ki, 3-0 qələbə qazanan "Qəbələ"nin futbolçusu Cavid Hüseynov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hər oyun bizim üçün çətindir. Hər oyunda bizə qələbə lazımdır ki, itirdiyimiz xallar üçün peşman olmayaq. Çox sevinirik ki, layiqli qələbə qazandıq.

- Sanki bu gün "Qəbələ" öz gücünü tam göstərə bilmədi. Kənardan elə görünürdü ki, sanki sadəcə məşq edirsiniz.

- Kənardan elə görsənə bilər. Lakin qəliz oyun idi bizim üçün. Çünki müdafiə güclü idi, çox yara bilmirdik müdafiəni. Ona görə də yaranan fürsləri dəyərləndirməyə çalışırdıq.

-Birinci dövrədə "Qəbələ"nin əldə etdiyi nəticədən razısanmı?

- Yox. Orda bəzi xallar var idi ki, onlar itirməməliydik, amma itirdik. Bundan razı olmamalıyıq.

- Növbəti oyun Azərbaycan kuboku uğrunda "Səbail"lə olacaq. Nə düşünürsən oyun barədə? Yenə asan qələbə qazana biləcəksiniz?

- Yox, Azərbaycan kuboku başqadı, Çempionat başqa. Hamsının öz yeri var. İlk oyun evdə olacaq və biz əlimizdən gələni edəcəyik.

- Mirhüseyn Seyidov və Nizami Hacıyev haqqında verilən qərar barədə nə deyə bilərsən?

- Bu haqda çox məlumatım yoxdu. Sadəcə mətbuatdan izləyirəm. Ona görə danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, onlar üçün çox ağır qərar oldu.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler