» » Mahir Mədətovla müqavilə imzalanacaq

Mahir Mədətovla müqavilə imzalanacaq

Bölmə: Idman
Mahir Mədətovla müqavilə imzalanacaq
Son vaxtların ən çox gündəmdə olan futbolçusu şübhəsiz ki, Azərbaycan milli komandasının və “Qarabağ”ın üzvü Mahir Mədətovdur.

“Xalqinfo” Futbol11-ə istinadən xəbər verir ki, Mədətov həm sərgilədiyi oyunla, həm də haqqında gəzən transfer söz-söhbətləri ilə gündəmdən düşmür.

Bir neçə gün öncə atası verdiyi açıqlamada oğlunun bir neçə xarici klubun diqqət mərkəzində olduğunu söyləmişdi.

Əldə edilən məlumata görə, “Qarabağ” istedadlı futbolçusunu buraxmaq barədə düşünmür. Hətta “Qarabağ”ın bu oyunçu ilə bağlı planı var. İddia olunur ki, Mədətov hazırkı klubu ilə yaxın günlərdə uzunüddətli müqavilə imzalayacaq. Müqavilənin müddətinin 3 və ya 4 il ola biləcəyi söylənilir.

Qeyd edək ki, Mədətov “Bakı” Futbol Akademiyasının yetirməsidir. 20 yaşlı hücumçu 2015-ci ildən “Qarabağ”da çıxış edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler