» » İsmayıllı ağır atleti qızıl medal qazandı

İsmayıllı ağır atleti qızıl medal qazandı

Bölmə: Idman
İsmayıllı ağır atleti qızıl medal qazandıŞüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku davam edir.

Xalqinfo.az xəbər verir ki, körpücük üzərinə çıxan kişilər növbəti çəki dərəcəsi – 62 kq-da mübarizə aparıblar. Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə İsmayıllı atleti Məhəmməd Məmmədli qalxıb.

O, toplam 270 kq (120+150) nəticə ilə qızıl medala sahib çıxıb: “Azərbaycan Kubokunu qazandığım üçün çox sevinirəm. Məşqçilərimə təşəkkür edirəm, çünki hər şey onların sayəsində oldu. 2017-ci ildə bir neçə yarışda iştirak etmişəm. Onlardan biri seçmə mərhələ yarışları idi ki, orada qalib oldum. Bundan başqa ölkə xaricində keçirilən yarışlarda da iştirak etmişəm. Albaniyada baş tutan Avropa çempionatında təkanla qaldırma hərəkətində üçüncü yerdə qərarlaşdım. İndi də ölkə kubokuna sahib çıxdım. Qazanılan uğurları növbəti ildə də davam etdirmək istəyirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler