» » Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Bölmə: Idman
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

Xalqinfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib.

Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.

Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.

Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler