» » Nizami Hacıyevlə Mirhüseyn Seyidov sərbəst buraxıldı

Nizami Hacıyevlə Mirhüseyn Seyidov sərbəst buraxıldı

Bölmə: Idman, MANŞET
Nizami Hacıyevlə Mirhüseyn Seyidov sərbəst buraxıldı“İnter”in dünən axşam saxlanılan futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov bu gün sərbəst buraxılıblar.

“Xalqinfo”nun Qol.az-a istinadən xəbərinə görə, onların oyun alqı-satqısında iştirakı rəsmən sübuta yetirilməyib.

Futbolçuları konkret hansı hüquq-mühafizə orqanının saxlaması barədə məlumat yoxdur. Ümumiyyətlə, bu gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri onlarda sözügedən oyunçuların saxlanılmasına dair məlumat olmadığını bildirmişdi.

Qeyd edək ki, bu gün “Keşlə” klubunun rəsmi saytı məlumat yayıb ki, N.Hacıyev və M.Hüseynov Topaz Premyer Liqasının son 5-6 matçında danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə onlarla imzalanmış müqaviləyə rəsmən xitam veriib. Bundan başqa, “Keşlə” rəsmiləri həmin futbolçuların saxlanıldığını da bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler