» » Şəhriyardan tarixi nəticə - Dünyada 3-cü oldu

Şəhriyardan tarixi nəticə - Dünyada 3-cü oldu

Bölmə: Idman, MANŞET
Şəhriyardan tarixi nəticə - Dünyada 3-cü olduFİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

“Xalqinfo” xəbər verir ki, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. “Şah”ın hesabında 2799 reytinq xalı var.

Şəhriyarla yanaşı ən yüksək nəticə Teymur Rəcəbova məxsus idi. Rəcəbov 2012-ci ilin oktyabrında açıqlanan reytinq siyahısında 4-cü pilləyə kimi yüksəlməyə nail olmuşdu. Teymur (2748) yeni reytinq siyahısında isə 17-ci sırada qərarlaşıb.

İlk “100”-lükdə yer alan digər şahmatçılarımızdan Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədə yer alıb.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.

Şəhriyardan tarixi nəticə - Dünyada 3-cü oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler