» » “Oyunumuz alınmasa da…” -

“Oyunumuz alınmasa da…” - Qurban Qurbanov

Bölmə: Idman
“Oyunumuz alınmasa da…” -
Topaz Premyer Liqasının 13-cü turunda səfərdə “Zirə”yə qalib gələn (3:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Xalqinfo” xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Çətin və maraqlı oyun oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm.

- Mahir Mədətov qol vurduqdan sonra Rəşad Sadıqov ona nə isə dedi...

- Mahirin “sarı”sı var idi. Buna görə, Rəşad ona diqqətli olmağı məsləhət bildi.

- Ansi Aqollinin zədəsi nə yerdədir?

- Onun zədəsi ciddi deyil. Ancaq tam olaraq vəziyyətinə sabah aydınlıq gələcək.

- Riçard Almeydanın əvəzlənməsi nə ilə bağlı idi?

- Onun da yüngül zədəsi var idi. Buna görə onu əvəzləmək qərarına gəldim.

- “Çelsi” ilə oyundan sonra hamı qapıda Kanibolotskinin yer alacağını gözləyirdi. Lakin siz Şahruddin Məhəmmədəliyevə şans verdiniz...

- İstədim ki, heyətdə əlavə bir yerli futbolçu olsun. Belədə, oyun zamanı bu barədə çətinliklə üzləşməyək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler