» » Ərəb boksçu Ərdoğana söz verdi, dünya çempionu oldu

Ərəb boksçu Ərdoğana söz verdi, dünya çempionu oldu

Bölmə: Idman
Ərəb boksçu Ərdoğana söz verdi, dünya çempionu oldu
Suriya əsilli alman boksçu Mahmud Ömər Çarr (Manuel Çarr) rus boksçu Aleksandr Ustinova qalib gələrək ilk dəfə dünya çempionu titulunu qazanıb.

Xalqinfo.az xəbər verir ki, M.Çarr ötən günlərdə verdiyi açıqlamada “mən qaçqın olmağın nə demək olduğunu çox yaxşı bilirəm. Ərdoğanın suriyalı qaçqınlara nə qədər yardım etdiyini də çox yaxşı bilirəm. Buna görə də ona minnətdaram. O, mənim qəlbimdə dünya çempionudur. Bu minnətdarlığın qarşılığı olaraq dünya çempionu titulunu qazanan kimi Türkiyəyə uçaraq şəxsini ziyarət edib, aldığım kəməri ona hədiyyə etmək istəyirəm”, - demişdi.

Qeyd edək ki, M.Çarr 12 rauddan ibarət olan gərgin mübarizəni qalibiyyətlə başa vurub və WBA (World Boxing Association) üzrə dünya çempionu titulunu qazanıb. 33 yaşlı M.Çarr daha öncə Vitali Kliçko və Aleksandr Povetkin kimi boksçularla qarşılaşıb.

Ərəb boksçu Ərdoğana söz verdi, dünya çempionu oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler