Qızı Maradonanın cibinə girdi - Həbs etdirəcəkBölmə: Idman
Məşhur futbolçu, Argentina yığmasının sabiq kapitanı Dieqo Maradona onun pulunu oğurlayan qızı Caninnanın həbsinə nail olmaq istəyir. Bu barədə “Qazeta.Ru” məlumat yayıb. Maradonanın dediyinə görə, Caninna bacısı Dalma ilə birlikdə onun hesabından 1,61 milyon avro pul oğurlayıb. Sabiq futbolçunun fikrincə, qızların bu əməlinin arxasında keçmiş həyat yoldaşı Klaudiya Vilyafan dayanır. “Uruqvayda bizim əlimizə sübut keçib ki, Caninna bank hesabı ilə əməliyyat aparıb. Biz onun həbsinə nail olmağa hazırlaşırıq”, - deyə Maradonanın vəkili Matias Morla bildirib. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|