» » Avropanın ”ikili standartları"-

Avropanın ”ikili standartları"- Bu dəfə "Qarabağ"a qarşı

Bölmə: Idman
Avropanın ”ikili standartları"-
“Qarabağ” “Çelsi”yə uduzdu. Daha doğrusu uduzduruldu. Avropanın ”ikili standartlarının” bir daha şahidi olduq. Ssenari eynən Qarabağ probleminin ssenarisi kimi oldu. Oyunun əvvəlində bizimkilərin üstünlüyünü hiss edən kimi əsas oyunçulardan birini sıradan çıxarıb qapıya penal zərbəsi təyin etdilər, noyabrın 20-də vertolyotu partladıb 20 yanvarda paytaxta qoşun yeritdikləri kimi. Əldən-dildən, ruhdan salıb 2-ci topu vurdular, Kərkicahanı, Meşəlini işğal etdikləri kimi... Yenə qeyrətli “Qarabağ” dirçəldi, dikəldi, hücuma keçməyə başladı, 366-cı alayı işə salıb Xocalını işğal etdikləri kimi qapımıza nahaq bir 11 metrlik cərimə zərbəsi yönəltdilər. 10 nəfərlə güclü bir ingilis maşınına bac gələn bu qeyrətli oğullar eynən cəmi 10 milyonluq xalq kimi... Ayağa qalxıb qurbanlar hesabına Cocuq Mərcanlıları alanda, yüksəklikləri ələ keçirəndə, böyük intiqam təhlükəsi yarananda fit çalıb oyunu saxladılar... Düşündülər ki, 10 nəfər cavan uşaq cəmi 5-10 milyonluq büdcə ilə 1 milyard büdcəsi, 100 milyon qiyməti olan futbolçularla silahlanmış “Çelsi”yə 52 faiz üstünlüklə mübarizə aparırsa, bu, çox təhlükəlidir.



Şuralarda qərəzli qərarlar qəbul etməklə haqqı axıradək boğmaq mümkün deyil, cənablar!!! Hakimlərə səlahiyyət nahaq qərarlar qəbul etmək üçün verilmir, cənablar!!! Bu "Avroviziya"lar, Avropa oyunları, bu qurbanlar, bu yüksəliş, Avropanın qulağına Qarabağ demək üçündür, Sizin ifanızda ağa qara, qaraya ağ demək üçün deyil, cənablar!!!



Biz bu savaşda da hesabda uduzduq, oyunda uduzmadıq, cənablar!!! Hiss etdiyiniz kimi, hesabda udacağımız günlər də uzaqda deyil, cənablar!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler