» » "Qarabağ" - "Çelsi" oyunu başladı -

"Qarabağ" - "Çelsi" oyunu başladı - Yenilənib

Bölmə: Idman
"Qarabağ" - "Çelsi" oyunu başladı -
Xalqinfo.az bildirir ki, "Qarabağ" - "Çelsi" oyunu başladı.

---------

***

Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında üz-üzə gələcək "Qarabağ" və "Çelsi" komandalarının start heyətləri açıqlanıb.

Xalqinfo.az report.az-a istinadən bildirir ki, ilk "11-lik"də bu futbolçular yer alıblar:

"Qarabağ": 13.İbrahim Şehiç, 2.Qara Qarayev, 5.Maksim Medvedev, 8.Miçel, 9.Dino Ndlovu, 11.Mahir Mədətov, 14.Rəşad Sadıqov (K), 20.Riçard Almeyda, 25.Ansi Aqolli, 52.Yakub Jezniçak, 77.Donald Gerryer

Ehtiyat oyunçular: 1.Anton Kanibolotski, 7.Rahid Əmirquliyev, 22.Əfran İsmayılov, 32.Elvin Yunuszadə, 91.Coşqun Diniyev, 99.Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

"Çelsi": 13.Tibo Kurtua, 2.Antonio Rüdiger, 3.Markos Alonso, 4.Sesk Fabreqas, 7.N'Qolo Kante, 10.Eden Azar, 11.Pedro Rodriges, 21.Davide Zappakosta, 22.Villian, 28.Sezar Aspilikueta (K), 30.David Luis

Ehtiyat oyunçular: 1.Villi Kabalyero, 6.Denni Drinkouter, 9.Alvaro Morata, 14.Tiemue Bakayoko, 24.Harri Keyhill, 27.Andreas Kristensen, 66.Dyucon Sterlinq

Baş məşqçi: Antonio Konte

Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.

-----------

***

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarında növbəti mərhələyə vəsiqələrin taleyi də həll oluna bilər.

İkinci oyun günündə bütün Azərbaycanın diqqəti "Qarabağ"a yönələcək. Çempionumuz evdə "Çelsi"ni sınağa çəkəcək. C qrupunda baş tutacaq görüşdə İngiltərə təmsilçisi qalib gəlsə, 1/8 finala yüksələcək. Heç-heçə olsa, London klubu "Atletiko"nun qalib gəlməməsini arzulamalıdı. Sonuncularla görüşdə qazanılacaq 1 xal "Roma"nı da 16 ən yaxşı arasında daşıyacaq.

Bir sözlə, qrupumuzda hər iki 1/8 finalçının adı dəqiqləşə bilər. Buna mane olmağa çalışacaq "Qarabağ" şanslarını qorumaq üçün qalib gəlməli, Avropa Liqası uğrunda mübarizədə üstünlük qazanmaq üçün xal əldə etməlidi. Çempionumuz məğlub olsa, "Atletiko" evdə qələbə qazansa, təmsilçimizin üçüncülük şansı da itəcək.

"Mançester Yunayted" 1 xalla da qrupdan çıxmış olacaq. İngiltərəlilərin məğlubiyyətlə mərhələ keçməsi üçün MOİK-in də xal itirməsi lazımdı. Sonuncular uduzsa, "Bazel" də qələbə ilə 1/8 finalçı olacaq.

B qrupunda PSJ və "Bavariya" 1-ci yer, "Seltik"lə "Anderlext" Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

D qrupunda keçiriləcək "Yuventus" - "Barselona" görüşü bir, hətta iki vəsiqənin sahibinin müəyyənləşməsi ilə nəticələnə bilər. İspaniya klubu səfərdən xalla dönsə, qrup qalibi olacaq. Barselonanın eyniadlı təmsilçisi uduzsa, hər iki komandanın gözləri "Sportinq"in xal itirməsinə yönələcək. Portuqaliya təmsilçisinin uğursuzluğu hər iki nəhəngi 1/8 finala daşıyacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler