» » ““Qarabağ” əks-hücumda daha təhlükəli olur” -

““Qarabağ” əks-hücumda daha təhlükəli olur” - Tibo Kurtua

Bölmə: Idman
““Qarabağ” əks-hücumda daha təhlükəli olur” -
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin qapıçısı Tibo Kurtua oyunöncəsi mətbuat konfransında iştirak edib.

Xalqinfo” xəbər verir ki, belçikalı qolkiper birbaşa sualları cavablandırıb:

- Fiziki və mənəvi olaraq özünü necə hiss edirsən? Nəzərə alaq ki, təyyarədə uzun yol qət etmisiniz və uzun ayaqları təyyarədə yerləşdirmək çətindir...

- Uçuş uzun oldu. Ancaq təyyarə rahat idi. Bundan sonra “Liverpul”la oyunumuz var. Sabahkı oyuna tam hazırıq.

- İngiltərə vaxtına öyrəşmisiniz. Bu da o deməkdir ki, Bakı vaxtı ilə gecə saat 2-də, 3-də yatacaqsınız?

- Həmişəki kimi saat 23:00-da yatacam. Təbii ki, Bakı vaxtı ilə.

- Sabah “Qarabağ”la qarşılaşacaqsınız. Ancaq demək olar ki, siz daha çox “Liverpul” barədə düşünürsünüz?

- Biz tam olaraq sabahkı oyuna köklənmişik. Düzdür, bu komanda ilə oyunumuzda böyük hesabla qalib gəldik. Ancaq nəzərə alaq ki, bu, “Qarabağ”ın ÇL-də ilk oyunu idi. Bu matçdan sonra “Roma” ilə qarşılaşmada yaxşı təsir bağışladılar. “Atletiko” ilə isə iki dəfə heç-heçə etdilər.

- Necə düşünürsüz, sabah Bakıdan 3 xalla ayrıla biləcəksiniz?

- Hədəfimiz budur. Favorit bizik. Bu oyunda qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Çalışacağıq ki, erkən qola imza atıb, rəqibi təzyiq altında saxlayaq.

- Növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanmaqdan qorxmursunuz ki?

- Biz ilk növbədə vəsiqəni təmin etmək barədə düşünürük. Bundan sonra 1-ci və ya 2-ci yeri tutmaq barədə düşünə bilərik. Ümumiyyətlə, ÇL-in 1/8 final mərhələsində asan rəqib olmur. Elə ola bilər ki, 1-ci olub, növbəti mərhələdə çətin rəqiblə düşək. Hazırda bu barədə düşünmürük.

- “Qarabağ” barədə nə deyə bilərsiniz? Sizcə, komanda necə oldu ki, “Atletiko”ya iki oyunda da uduzmadı? Ümumiyyətlə, “Qarabağ”ın hansı xüsusiyyətlərindən çəkinirsiniz?

- “Qarabağ” ilk oyundan sonra daha yaxşı təsir bağışlamağa başladı. Əsasən hücumçuları daha yaxşı təsir bağışlamağa başladı. Bu komanda xüsusilə, əks-hücumda daha təhlükəli olur. Fikrimcə, öz oyunumuzu sərgiləsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə oyunlardakı kimi qələbə qazana bilərik.

- Bu, Bakıya ikinci səfərinizdir. Bundan öncə “Atletiko” ilə səfər etmişdiniz. Bu şəhər sizin yadınızda necə qalıb?

- 4 il bundan əvvəl burda olmuşduq. Ümumiyyətlə, burda 3 dəfə olmuşam. Mədəniyyətiniz, insanların mehriban olmasını xüsusi qeyd edərdim. Ümid edirəm ki, sabahkı oyun hər iki tərəf üçün uğurlu olar.

- Yeni müqavilə barədə nə deyə bilərsiniz?

- Daha çox öz oyunum üzrəində düşünürəm. Bu məsələ ilə menecerim məşğul olur. Bu barədə nə isə deyə bilmərəm. Mövsümün sonunda bu məsələyə qayıdacağıq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler