» » “Çelsi” futbolçuları Bakıya yola düşüblər –

“Çelsi” futbolçuları Bakıya yola düşüblər – Foto

Bölmə: Idman
“Çelsi” futbolçuları Bakıya yola düşüblər –
İngiltərənin “Çelsi” klubunun futbolçuları Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” a qarşı keçiriləcək oyun üçün Londondan Bakıya yola düşüblər.

Xalqinfo.az-ın xəbərinə görə, təyyarə yerli vaxtla saat 03:00-da Azərbaycanın paytaxtında eniş edəcək.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Görüş portuqaliyalı hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın referisi Manuel De Sousa olacaq. Ona Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Həmçinin qeyd olunur ki, “Qarabağ” – “Çelsi” oyununa artıq bütün biletlər satılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler