““Qarabağ”a qalib gəlsəydik...” - “Atletiko"nun futbolçusuBölmə: Idman
“Atletiko”nun müdafiəçisi Xuanfran fransalı komanda yoldaşı Antuan Qrizmanna dəstək olub. “Xalqinfo” Sport24-ə istinadən xəbər verir ki, ispan futbolçu XII turunda “Real Madrid”lə 0:0 bitən matçdan sonra jurnalistlərə açıqlama verib. O, son vaxtlar tez-tez tənqid edilən hücumçuya dəstək vermək lazım olduğunu bildirib: “Qrizmann “Atletiko”ya çox kömək edib. Son vaxtlar qol vura bilmirsə, deməli, biz komanda yoldaşları ona kömək etməliyik. “Vilyarreal” və “Qarabağ”a qalib gəlsəydik, Antunanın başının üzərində qara buludlar dolanmaz, tənqid edilməzdi”. Xuanfran Çempionlar Liqasındakı qrupdan çıxmaq şanslarına da toxunub: “Növbəti həftə “Roma”ya qalib gəlsək, şanslarımız hələ də qalacaq. Son turda isə səfərdə “Çelsi” ilə qarşılaşacağıq. Qalib gəlməkdən başqa çarəmiz yoxdur”. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|