» » “Çoxları deyir qocalırsan” -

“Çoxları deyir qocalırsan” - Tərlan Əhmədov+ Video

Bölmə: Idman
“Çoxları deyir qocalırsan” -
Bu gün 46 yaşını qeyd edən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov təəssüratlarını klub saytı ilə bölüşüb. “Xalqinfo” xəbər verir ki, o, bunları söyləyib:

“Bir yaş da yaşa dolduq. Çoxları deyir ki, qocalırsan, amma biz yaşa doluruq, qocalmırıq. O ki qaldı ən böyük hədiyyəyə, ayın 19-da "Qəbələ” ilə oyunda qazanacağımız 3 xal mənim üçün ən böyük hədiyyə olardı. "Neftçi”də baş məşqçi olub doğum gününü qeyd etməyi yalnız xəyal edə bilərdim.

Bu da bir qismətdi. Hər halda, ilk dəfədi burada baş məşqçi kimi ad günümü qeyd edirəm. Baş məşqçi rolunda ad günü qeyd etmək daha şərəfli, daha məsuliyyətlidi. "Sumqayıt”la oyunda son illərin, bəlkə də son 5 ilin ən gözəl fanat dəstəyini gördüm. O dəstəyin, o istəyin sevinci müqabilində də komanda son dəqiqədə qol vurdu. Fanat olmasa, futbolçu heç vaxt aqressiv oynaya, oyunundan zövq ala bilməz.

Amma bizim son matçlarda qazandığımız 4 qalibiyyətin, demək olar, hamısında bizə sonadək dəstək olan fanatların böyük rolu var idi. Onlar hətta məğlub olduğumuz qarşılaşmalarda da bizə sona qədər dəstək olublar. Bu fanatların qarşısında çalışırıq bacardığımız qədər gözəl oyun nümayiş etdirərək qələbə qazanaq. Bu gün komanda bunun öhdəsindən gəlməyi bacarır, buna qadirdi. "Sumqayıt” üzərində qələbədə fanatlarımızın 100 faiz böyük rolu oldu”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler