» » “Bəlkə futbolçular “Qarabağ”ın adından çəkindi” -

“Bəlkə futbolçular “Qarabağ”ın adından çəkindi” - Samir Abasov

Bölmə: Idman
“Bəlkə futbolçular “Qarabağ”ın adından çəkindi” -
Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:2) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında iştirak edib.

“Xalqinfo” xəbər verir ki, Abasov oyunla bağlı bunları deyib:

“Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler