» » Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı -

Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı - Fotolar + Video

Bölmə: Idman
Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı -
“Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

“Xalqinfo” Cüdo Federasiyaslna istinadən xəbər verir ki, yarışın sonuncu günü 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcəlirərində qaliblər müəyyənləşib. Cəbrayılov Hacıbala, Ağakişiyev İbrahim, İsmayılzadə Yaqub, Salmanov Toğrul ölkə birinciliyində son günün qalibi olub.

Üç gün davam edən respublika birinciliyinin yekununda medalların sayına görə “Neftçi İdman Klubu” birinci (4 qızıl, 2 gümüş, 6 bürünc medal), Təhsil RİM Sumqayıt ikinci (3 qızıl, 1 gümüş) və Təhsil RİOEUGİM-1 isə üçüncü (2 qızıl, 2 gümüş, 1 bürünc medal) yeri tutub. Yarışda yüksək nəticə göstərən yeniyetmə cüdoçulara Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perespektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.


Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı -
Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı -
Yeniiyetmə cüdoçuların ölkə birinciliyi başa çatdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler