» » Bu ölkə DÇ-ya vəsiqə qazanmadığı üçün 1 milyard itirdi

Bu ölkə DÇ-ya vəsiqə qazanmadığı üçün 1 milyard itirdi

Bölmə: Idman
Bu ölkə DÇ-ya vəsiqə qazanmadığı üçün 1 milyard itirdi
İtaliyanın Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro bəyan edib ki, futbol üzrə yığma komandanın 2018-ci il dünya çempionatına vəsiqə qazanmadığına görə ölkə iqtisadiyyatı 1 milyard avroyadək ziyana düşəcək.

Xalqinfo.az xəbər verir ki, F.Karraro zərərin ən azı 500-600 milyon avroya bərabər olacağını bildirib. O deyib: “Birbaşa və yaxud dolayısı itkilərdən söhbət getdiyini başa düşməliyik. Dolayısı itkilər ehtimal ki, milyard avronu ötəcək. Bəli, yəqin ki, belə olacaq”.

İtalyanlar pley-off mərhələsində isveçlilərə məğlub olduğundan (0:1, 0:0) tarixdə ikinci dəfə, 1958-ci ildən indiyədək isə ilk dəfə dünya çempionatında iştirakdan məhrum olublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler