» » Rövnəq Abdullayev “Bakı”ya yardım əlini uzatdı:10 milyon manat

Rövnəq Abdullayev “Bakı”ya yardım əlini uzatdı:10 milyon manat

Bölmə: Idman, MANŞET
Rövnəq Abdullayev “Bakı”ya yardım əlini uzatdı:10 milyon manatAFFA prezidenti Rövnəq Abdullayev "Bakı"ya kömək etmək qərarına gəlib.

Ciddi maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi, bilindiyi kimi, bilavastə federasiya başçısının sayəsində Premyer Liqaya buraxıldı. Baş katib Elxan Məmmədov, eləcə də "Bakı"nın bəzi rəsmiləri istəyirdi ki, klubu başqaları götürsün, yaxud qurumun öz nəzarəti altına keçsin. Rövnəq Abdullayevin Hafiz Məmmədovla görüşündən sonra dəqiqləşdi ki, çempionatın tərkibində heç bir dəyişiklik olmayacaq, "Bakı" həminki rəhbərliklə yoluna davam edəcək.

“Xalqinfo.az”ın sportinfo.az-a istinadən verdiyi məlumata görə, ölkənin futbol həyatına cavabdeh şəxs indi də "Bakı"ya dəstək verməkdədir. O, "Neftçi" ilə oyuna çıxmaq və Qəbələyə getmək istəməyən komandaya maliyyə ayırmağı vəd edib. Daha doğrusu, öz köməyini "zolaqlılar"a təklif edib. R. Abdullayev "Bakı"ya 10 milyon manatlıq yardım söz verib. Onun 7 milyonu klubun bütün borclarını bağlamağa, qalanı isə mövsümü başa vurmağa gedəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler