"Xəzər Lənkəran" uddu, "Neftçi"dən isə darmadağınBölmə: Idman
Bu gün Topaz Premyer Liqasında XI turun oyunları keçirilib. Artıq dörd matç başa çatıb. Günün ilk oyununda "Qəbələ" evdə autsayderlər qrupunda yer almış "Bakı"nı sınağa çəkib. Hesabı 5-ci dəqiqədə Dodo açıb. "Qəbələ" buna Nuran Qurbanovun qolu ilə cavab verib. "Qəbələ"nin yetirməsi olan futbolçu doğma komandasını ilk yarının son dəqiqəsində cəzalandırıb. İkinci hissədə qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1. Günün ikinci oyununda "İnter" "Sumqayıt"ın qonağı olub. İlk dövrədə bu rəqib üzərində 5:1 hesablı qələbə qazanan "bankirlər" ardıcıl 4-cü oyunda meydanı qolsuz heç-heçə ilə tərk ediblər - 0:0. Bu "İnter"in ardıcıl 5-ci heç-heçəsi olub. Lənkəranda prinsipial matçda "Xəzər Lənkəran" ilk dövrədə 0:2 hesabı ilə uduzduğu "Simurq"u 2:1 məğlub edib. Turun digər bir matçında "Neftçi" AZAL-ı 4:0 darmadağın edib. Tura saat 19.30-da startı veriləcək oyunla yekun vurulacaq. Bu matçda lider "Qarabağ" son pillənin sahibi "Araz Naxçıvan"ı qəbul edəcək. Premyer Liqa 2014/15 mövsümü II dövrə, XI tur 2 noyabr Qəbələ - Bakı 1:1 Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45. Sumqayıt - İnter 0:0 Xəzər Lənkəran - Simurq 2:1 Qollar: Sadio Tounkara, 39. Rahid Əmirquliyev, 59 - İdan Vaytsman, 38. Neftçi - AZAL 4:0 Qollar: Eltun Yaqublu, 10 (avtoqol). Denis Silva, 38. Nikolas Kanales, 70; 85. Qarabağ - Araz Naxçıvan Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30. ans press |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|