» » Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu

Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu

Bölmə: Idman
Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu
Formula-1 üzrə dünya çempionatında iştirak edən İngiltərənin “Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub.

Xalqinfo.az “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran-prisindən sonra qərarını açıqlayıb.

F.Massa ötən il karyerasını başa vurduğunu desə də, “Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. Formula-1-də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində “Sauber” və “Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.

Qeyd edək ki, Formula-1 üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. “Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran-prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler