» » DÇ-nin növbəti iştirakçısı bəlli oldu

DÇ-nin növbəti iştirakçısı bəlli oldu

Bölmə: Idman
DÇ-nin növbəti iştirakçısı bəlli oldu
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.

“Xalqinfo” xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində bu gün səfərdə CAR-la qarşılaşan Seneqal millisi 2:0 hesablı qələbə qazanıb. Bununla da Seneqal sona bir tur qalmış mundiala vəsiqəni təmin edib.

DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler