» » FİFA üzr istədi

FİFA üzr istədi

Bölmə: Idman
FİFA üzr istədi2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində yanlışlıq olub
Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilən yanlışlığa görə üzr istəyib.

"Xalqinfo.az" anspress-ə istinadən bildirir ki, Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində Krımı Rusiya xəritəsində göstərən görüntü əks edilib.

FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzrə dünya çempionatının loqo təqdimatı üçün təşkilat komitəsi yerli reklam agentliyini vəzifələndirib:

"Yerli reklam agentliyi tərəfindən istifadə olunan Rusiya xəritəsi diqqətimizdən qaçıb. Filmdəki həmin hissə videodan çıxarılıb", -deyə FİFA-nın məlumatında bildirilib.

Qeyd edək ki, Krımdakı mövcud vəziyyət futbolla bağlı bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, UEFA avqust ayında verdiyi qərara əsasən, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler