» » “Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” -

“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” - Şəhriyar Məmmədyarov

Bölmə: Idman
“Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq” -
“Avropa çempionu olmaq olimpiya çempionu olmaqdan daha çətindir”

Xalqinfo.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Yunanıstanda üçüncü dəfə Avropa Çemionu olan Azərbaycanın kişilərdən ibarət şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədovaya videomüsahibəsində deyib.

“Biz bu qələbə ilə sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq. Çox şadam ki, üçüncü dəfə Avropa çempionu olduq. Bu, inanılmaz uğur deməkdir. Ruslar 20-30 il ərzində bu nəticəni əldə edə bilməyiblər. Deyirdilər ki, artıq nəticələr bəllidir, Azərbaycanın heç bir şansı yoxdur. Lakin ard-arda 5 qələbədən sonra birinci yer uğrunda mübarizəyə qoşulduq və birinci yeri qazandıq. Çox sevinirəm”- Ş.Məmmədyarov deyib.

Qeyd edək ki, Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler