» » Şahmat millimizdən növbəti qələbə -

Şahmat millimizdən növbəti qələbə - İkinci pilləyə yüksəldik

Bölmə: Idman
Şahmat millimizdən növbəti qələbə -
Yunanıstanın Krit şəhərində davam edən şahmat üzrə Avropa komanda çempionatında 7-ci turun oyunları keçirilib.

“Xalqinfo” xəbər verir ki, Azərbaycan şahmat millisinin bu turdakı rəqibi turnirdə ikinci pillədə olan Macarıstan kollektivi olub.

Şahmatçılarımız gərgin keçən matçdan 3-1 qalib ayrılmağı bacarıb. Arkadi Naydiç və Rauf Məmmədov rəqiblərini məğlub ediblər. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə keçirdiyi oyunlardan bərabərliklə ayrılıblar.

Beləliklə, xallarını 11-ə yüksəldən komandamız 10 xala malik Macarıstanı geridə qoyaraq, 2-ci pilləyə qalxıb.

Millimizin növbəti rəqibi 12 xalla lider olan Rusiya şahmatçıları olacaq.

Şahmat millimizdən növbəti qələbə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler