» » AFFA Qurbanovla 6 illik müqavilə imzaladı -

AFFA Qurbanovla 6 illik müqavilə imzaladı - Yeni baş məşqçi hədəfləri açıqladı

Bölmə: Idman
AFFA Qurbanovla 6 illik müqavilə imzaladı -
AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - deyə AFFA prezidenti vurğulayıb.

O qeyd edib ki, Q.Qurbanov "Qarabağ" klubunun baş məşğçisi postunda və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: "İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər".

AFFA prezidentinin sözlərinə görə, Q.Qurbanovla 6 illik müqavilə imzalanıb: "Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikılı əhatə edən 6 illik müqavilə imzalamışıq".

Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: "Müqavilənin şərti Vətənə qulluq etməkdir".

AFFA prezidenti bildirib ki, millinin yeni baş məşqçisi ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək: "Millinin baza komandası isə "Qarabağ" olacaq".

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını belə şərh edib.

"Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm".

45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərinin kim olacağı barədə danışmaq tezdir: "İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək".

Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov "Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüldür. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk" sözlərini də əlavə edib.

Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: "Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler