» » “Gülmür, tələbkardır, ədalətlidir” -

“Gülmür, tələbkardır, ədalətlidir” - Futbolçusu Qurban Qurbanov haqqında

Bölmə: Idman
“Gülmür, tələbkardır, ədalətlidir” -
“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Polşa mətbuatına müsahibə verib. “Xalqinfo” həmin müsahibəni təqdim edir:

- Madriddə oynamaq çətin idi. Bakıda keçirilən matç tarixi oyun sayılır. Çünki bu, Azərbaycan üçün Çempionlar Liqasında ilk uğurdur. Hədəfimiz möcüzə etmək idi. Bunu bacardıq. “Legiya” kimi “Qarabağ” da ÇL-ə uğursuz başladı. Polşa klubu “Borussiya”ya 0:6 uduzmuşdusa, “Qarabağ” “Çelsi"yə”eyni hesabla məğlub oldu. Güclü rəqiblərimiz var. “Çelsi” və “Roma” “Real”la “Borussiya” səviyyəsində komandalardır. “Atletiko” isə “Legiya” ilə eyni qrupd ayer alan “Sportinq”dən daha güclüdür. Ən azından bu komandanın baş məşqçisi Dieqo Simeonedir. Bütün komandalar bizdən çox yüksəkdədir. Ona görə də 2 xal möcüzədir.

- Sensasiya olacağını əvvəlcədən düşünürdünüz?

- Püşkatmadan sonra rəqiblərə baxıdığım zaman çox çətin olacağını düşündüm. Bəlkə də möcüzə saymayaq, çünki futbol hər zaman belə anlarla doludur. Bizim qrupda heç bir rəqibə zəif demək olmaz. Hamısı Avropada adlı-sanlı klublardır. “Atletiko”dan aldığımız xallar sürprizdir. Madriddə rəqiblər bərabər futbol oynadıq. Mübarizə apardıq, qaçdıq, daha çox topa nəzarət etdiyimiz anlar oldu. Bundan sonra iki matç var. Üçüncülük üçün mübarizə aparacağıq. “Roma” və “Çelsi”dən birinə qalib gəlmək mümkündür. “Roma” növbəti turda “Atletiko”ya qalib gəlsə, artıq 1/8 finala adlayacaq. Bizimlə oyunda ehtiyat qüvvə ilə mübarizə apara bilərlər. Bu da bizim işimizə yarayar. Amma indiki halda “Atletiko” ilə oynadığımız matçlardan zövq alırıq.

- Sizə matç öncəsi nə çətinlik yarada bilərdi?

- Bakıdakı oyun bizim ilk xalımız idi. “Atletiko” yəqin ki, qisas almaq istəyəcəkdi. Həm də onlara xal hava-su kimi lazım idi. Pedro Enrikenin qırmızı vərəqəsi bizi matç ərzində çətin vəziyyətdə qoydu. Daha çox müdafiə olunmağa başladıq, amma nəticəni əldə etdik. Komandanı “Çelsi” 0:6 uduzduqdan sonra, tənqid hədəfinə çevrilən Şehiç xilas etdi. “Atletiko” ilə 2 matçda bir qol buraxmaq super idi.

- Oyundan öncə “yenidən Madriddə, 1 il əvvəl “Real”, indi “Atletiko”” başlıqlı şəkil paylaşmışdınız...

- Son iki mövsümdə ÇL-də oynamışam. “Legiya” və “Qarabağ” üçün bu günlər tarixdir. Hər iki klub zirvəyə çatıb. Cəsarətlə mübarizə aparırıq.

- Meydanda özünüzü necə hiss edirsiz?

- Komanda olaraq dünyanın ən yaxşı futbolçularına qarşı oynayırdıq. Çempionlar Liqası əla şansdır. Ronaldo, Beyl, Ceko, Qrizman kimi futbolçulara qarşı oynayırsan. Çempionlar Liqası hər turnirdən fərqlidir. “Real” və “Atletiko” ilə matçlarda üzərində təzyiq olmur. Çünki uduzsan belə, təcrübə qazanırsan. Sadəcə məsuliyyət var.

- Oyundan sonra rəqiblə forma dəyişdiniz?

- Bunu bir dəfə də olsun etməmişəm. Mən öz formalarımı yığıb xeyriyyə həracclarına çıxarıram. Karyeram bitdikdən sonra muzey açacam.

- ÇL-də oynasanız da, Bakı Avropadan çoxc uzaqdır...

- Madridə 7 saat uçduq. İspaniyada bazar axşamı idi. Səfər şərtləri əla idi. Hər oyunçunun təyyarədə yeri var idi. Yatırdıq. Dönüş hər zaman daha pis keçir. Amma yaxşı nəticə üçün oynadığımızdan tükənmişdik. Lakin psixoloji olaraq əla idik.

- Yaxşı nəticə qazanmaq üçün “Qarabağ”a daha çox təzyiq var, yoxsa “Legiya”ya təzyiq çox idi?

- Azarkeşlər hər zaman yaxşı nəticəyə ümid edirlər. Onlar üçün harada və kiminlə oynamağımızın fərqi yoxdur. Baş məşqçimiz Qurban Qurbanov daim topu özümüzdə saxlamağımızı istəyir. Daha çox hücum etməyə çalışrıq. “Legiya”da daha az təzyiq var idi. Burada isə inam var və məğlubiyyətlər olsa belə, heç kim başını itirmir.

- Necə düşünürsüz “Legiya”nı lazımsız anda tərk etmədinizmi?

- Doğru zamanda ordan getdiyimi düşünürəm. Qərarı vaxtında verdim. Polşa klubunda gözəl illərim keçdi. “Qarabağ”a gəldim və sevinirəm. ÇL-də oynayırıq. “Legiya”da yeni oyunçular var və hər şey yaxşı olacaq.

- “Qarabağ” və “Legiya” oynasa, kim qazanar?

- “Qarabağ”. Mənim hazırkı komandam daha güclüdür.

- Azərbaycanda həyat necədir?

- Doqquz əcnəbi futbolçu ilə birlikdə Port-Bakıda yaşayırıq. Ticarət mərkəzinə bağlı bir neçə mənzildir. Restoranlar, kafelər var və başqa heç nə yoxdur. Gördükdı təəccübləndim. Bazar ertəsi günü 26 dərəcə isti var idi. İnsanlar Polşaya nisbətən daha gözəl və xeyirxahdırlar.

- Yeni şərtlərə tez alışdınız?

- Komandada hər kəs faydalı və xeyirxahdır. Komanda və məşqçi ilə daimi əlaqəmiz var. Müqaviləni “Visla”nın keçmiş futbolçusu Donald Gerye ilə eyni zamanda imzaladıq. O, bir ay əvvəldən təlimlərdə olduğunu bildirdi. 6 gün sonra isə biz ÇL-in təsnifat mərhələsində oyuna çıxdıq. Uyğunlaşmaq üçün bir neçə həftə bəs edir. Burada daha yüksək səviyyədə çıxış etmək lazımdır. Hədəflər hər zaman yüksəkdir.

- Azərbaycanda hazırda turnir cədvəlində lidersiniz. Digər komandalardan daha çox oyun keçirirsiniz. 3-4 gündə bir oynamaq çətin deyil?

- “Zirə” və “Qəbələ”ni çıxmaq şərti ilə digər matçlarda qalib gəlmişik. Yalnız səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduq. Qurban Qurbanov oyunlar üçün rotasiyadan istifadə edir. Həmişə fərqli 5-6 oyunçu meydana çıxır. ÇL və çempionarda fərqli heyətlər oynayır. Rotasiya təbiidir və ehtiyatda oturan ən azı 10 futbolçu var. “Atletiko” ilə ilk matçdan fərqli heyət meydanda var idi. Amma yenə də hər kəs öz yerini bildi.

- Qurban Qurbanov haqqında...

- Tələbkardır. Demək olar ki, gülmür. Amma ədalətli məşqçidir. Heç bir əadlətsizlik etmir.

- Hərəkətlərindən çox xoşbəxt olduğunu sezirəm...

- Hər şey məni qane edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler