» » Prezidentdən danışılmış oyuna-

Prezidentdən danışılmış oyuna- Reaksiya

Bölmə: Idman
Prezidentdən danışılmış oyuna-Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasını şərh edib.

“qafqazinfo” xəbər verir ki, Musayev “sportnet.az”-a bildirib ki, Onilenin belə bir iddia ilə çıxış etməsi absurddur. Onun fikrincə, "Turan" - "Neftçi" matçı həqiqətən də danışılmış idisə, moldovalı hücumçu elə həmin vaxt da deyə bilərdi. Lakin PFL prezidenti keçirdikləri çempionatı nüfuzdan salmağa cəhd edən futbolçuya qarşı heç bir tədbir görməyəcəklərini söyləyib: "Biz nə futbolçuya qarşı, nə də həmin oyunla bağlı araşdırma aparacağıq. Həmin oyunda 30-dək futbolçu çıxış edib. Nə oldu, heç biri demədi ki, danışılmış oyundu, bircə bu dedi? Bir neçə il öncə "Qarabağ" da "Neftçi"ni ilk yarıda 2:0 hesabı ilə udurdu, amma fasilədən sonra 3 qol buraxdı. Yəni, futbolda belə hallar olur. "Neftçi" də "Turan"a 0:2 hesabı ilə yenildiyi qarşılaşmanın fasiləsindən sonra 3 qolla qələbəyə nail olursa, hansı danışılmış oyundan söhbət gedə bilər? Onilenin 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır".

Qeyd edək ki, "Turan"ın sabiq futbolçusu Valeri Onile "moldfootball.com"a müsahibəsində "Turan"ın 2009-cu il dekabrın 5-də keçirilmiş oyunda "Neftçi"yə qəsdən uduzduğunu nəql edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler