» » AFFA-da yeni -

AFFA-da yeni - Təyinat

Bölmə: Idman
AFFA-da yeni -
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində dəyişiklik edilib.

Xalqinfo.az-ın futbolxeber.az saytına istinadən məlumatına görə, assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu vəzifəsindən uzaqlaşdırılıb.

Nəşr bildirir ki, M.Nərimanoğlunu Firuz Abdulla (Qarayev) əvəz edəcək.

F. Abdulla bunadək sözügedən departamentdə baş mütəxəssis vəzifəsində çalışıb.

Qeyd edək ki, günün əvvəlində Mikayıl Nərimanoğlu həm də “Kəpəz”in Müşahidə Şurasının üzvü vəzifəsindən də geri çağırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler