» » Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı

Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı

Bölmə: Idman
Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu- Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.

“Xalqinfo” Cüdo Federasiyasına xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler