» » Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar

Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar
“Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında yazdığı təhqiredici yazıya Türkiyə klublarının azarkeşlərindən reaksiya gəlib.

“Xalqinfo”nun məlumatına görə, “Trabzonspor” və “Bursaspor” klublarının azarkeşləri tribunada A4 vərəqlərinə yazılmış “Qarabağ” plakatını nümayiş etdiriblər.

Klubların azarkeş qrupları tərəfindən verilən açıqlamada Mövlud Tezeli qınadıqlarını və “Qarabağ”ın yanında olduqlarını bildiriblər.

Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar

Bundan başqa, Türkiyənin 3-cü liqasının 2-ci qrupunda baş tutan “Turqutluspor” – “Kayseri Ərciyəsspor” matçında azarkeşlər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar. Həmçinin, “Ən kasıb, ən gülməli, ən əzik inad “Qarabağ” qürurumuzdur” şüarı yazılmış plakat açıblar. Lakin, polisin müdaxiləsindən sonra plakat tribunadan götürülüb. Buna görə polis və azarkeşlər arasında qısa mübahisə yaşanıb.

Qeyd edək ki, M.Tezelin yazısı saytdan çıxarılıb və o, Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.

Türkiyə tribunalarında “Qarabağ” plakatı - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler