» » “Qələbə üçün ölməyə hazır idilər” -

“Qələbə üçün ölməyə hazır idilər” - Qriqorçuk

Bölmə: Idman
“Qələbə üçün ölməyə hazır idilər” -
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Xalqinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”a rəqib kimi “Qəbələ”ni görürdük. Bu oyundan sonra onları çempionluq münasibəti ilə təbrik etmək olarmı?

- Mən hələ də düşünürəm ki, onların rəqibiyik. Çempionatdayıqsa, “Qarabağ”ın rəqibiyik.

- Son oyunlarda “Qəbələ” qol vurduqdan sonra müdafiəyə çəkilir. Bu nə ilə bağlıdır?

- Bu taktika deyil, rəqibin pressinqi də. Bu, sadəcə, uşaqların məsuliyyətli olmasıdır. Oyundan öncə də görürdüm ki, futbolçularım necə məsuliyyətli yanaşırlar. Həm gərgin idilər, həm də istəkli idilər. Oyundan sonra oyunçulara dedim ki, bugünki oyunda digər komandaların yerində olduq. Biz daha çox təkqapı oynayırdıq, ancaq bu dəfə əks tərəfdə idik. Rəqib hücum edirdi, lakin xalı biz qazandıq. Bu gün oynadığımız kimi həmişə oynamaq istəmirik.

- “Qarabağ”la oyun üçün digər sürpriz gözləmək olarmı?

- Bu gün dəyişiklər oldu, ancaq öz futbolçularımızla bağlı idi. Oyundan öncə, ilk hissədə və ikinci hissədə hər şey fərqli görünürdü. Dəyişiklər zədəli oyunçularla bağlı idi. Nəticədə qələbə qazandıq və lazımlı xalı qazandıq. Mən hələ futbolçularımın belə gərgin olmasını görməmişdim. Son 15 ildə birinci dəfə görürəm ki, futbolçularımız daha çox çalışdılar. Bu oyun uduzsaydılar, ölərdilər.

- Rəqibin hesabı bərabərləşdirəcəyinə dair qorxunuz yox idi ki?

- Nədənsə qorxmaq... Mən futbolda baş verən heç nədən qorxmuram. Bu gün lazım olan şeylər oldu. Bu gün hamımız öyrəşmədiyimiz mənzərə gördük. Əlavə edərdim ki, əlbəttə, mənzərə fərqli ola bilərdi, əgər biz səhvləri düzəltsəydik. Bunları etsəydik, tamam fərqli oyun görərdik. Mən öz komandamı ürəkdən təbrik edirəm. Çox razıyam və onlar qələbə üçün ölməyə hazır idilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler