» » Futbolda görünməmiş hadisə-

Futbolda görünməmiş hadisə- Bir oyunda 21 qol vurdu

Bölmə: Idman
Futbolda görünməmiş hadisə-

İsveç çempionatının VI divizionunda rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Esklistun” – “Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb.

Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb.

O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: “10-cu qoldan sonra hesabı itirmişdim. Matçdan sonra eşidəndə ki, 21 qol vurmuşam, özüm də inanmadım. Birinci divizionda çıxış edən “Erbru”nun futbolçusu – dostum Filip Roqiç mənə zəng edib dedi ki, sabah bütün dünya səndən danışacaq, artıq məşhur olmusan. Bir oyunda 21 qol vurmaq qəribə hissdir. Matçdan bir gün əvvəl əla kef məclisində idim. Sabah hələ içkidən ayılmamışdım, yoxsa 30 qol da vura bilrdim”.

Maraqlıdır ki, rəsmi olaraq bir oyunda ən çox qol vurmaq rekordu iki futbolçuya məxsusdur. Ötən il Cəbəllütariq çempionatında “Kollec Avropa” - “Britanniya XI” qarşılaşmasında birincilərin hücumçusu Pedro Karrion 11 qol vuraraq 111 illik rekordu təkrarlamışdı. Buna qədər isə futbol tarixi ərzində bir çempionat matçında ən çox qol vurmuş macarıstanlı Yeno Karoli idi. O da 11 dəfə fərqlənmişdi.

Ümumiyyətlə, indiyə qədər cəmi 4 futbolçu 10 qol həddinə çatıb. “Böyük beşlik” ölkələrinin daxili birinciliklərində ən çox qol vurmuş oyunçu isə bir görüşdə aktivinə 7 top yazdıra bilib.

“Kəpəz”in keçmiş hücumçusu Mehman Allahverdiyev də bu siyahıda ola bilərdi. Belə ki, o, müstəqillik dönəmindən sonrakı ilk Azərbaycan çempionatında baş tutan “Kəpəz” – “Ümid” (13:1) qarşılaşmasında 10 qola imza atmışdı. Lakin bunun saxtakarlıqla edildiyi aşkarlandığından, Allahverdiyevin həmin matçdakı 10 qolu ləğv edilmişdi.

Bir oyunda ən çox qol vuran futbolçular:
11 qol: Yeno Karoli (“MTK Budapeşt” – “MAFC Budapeşt” 15:1 (Macarıstan) – 15.10.1905)
11: Pedro Karrion (“Kollec Avropa” - “Britanniya XI” - 16:1 (Cəbəllütariq) – 07.05.2016)
10: Anatoli Novojilov (“Tevalte” – “Kalev” - 24:0 (Estoniya) – 27.09.1994)
10: Ernest Vilimovski (“Rux” – “Yunion Turinq” - 12:1 (Polşa) – 21.05.1939)
9: Fernando Peyroteo (“Sportinq” – “Leça” - 14:0 (Portuqaliya) – 22.02.42)
9: Yuri Miterev (“Çixur” – “Zimbru” - 1:15 (Moldova) – 19.06.1997)
8: Fernando Peyroteo (“Sporting” – “Boavişta” - 12:1 (Portuqaliya) – 17.10.1948)
8: Karl Dekker (“Vyana” – “Ostban XI” - 18:0 (Avstriya) – 11.11.1945)
8: Vahe Yaqmuryan (“Ararat” – Axtamar” - 18:0 (Ermənistan) – 11.06.1992)
8: İmre Sklosser (“Ferensvaroş” – “Kerület” - 11:3 (Macarıstan) – 09.06.1912)
8: Cimmi MakQrori (“Seltik” – “Danfermlayn” - 9:0 (Şotlandiya) – 14.01.1928)
8: Ole Anton Olsen (“B 1903” – “Olimpiya” - 15:0 (Danimarka) – 26.09.1909)

“Böyük beşlik” ölkələrində bir oyunda ən çox qol vuran futbolçular:

İspaniya
7: Laslo Kubala (“Barselona” – “Sportinq Xixon” - 9:0 – 10.02.1952)
7: Aqustin Sauto (“Atletik” – “Barselona” - 12:1 – 08.02.1931)

İngiltərə
7: Ted Drake (“Arsenal” – “Aston Villa” - 7:1 – 14.12.1935)

Almaniya
6: Deter Müller (“Köln” – “Verder” - 7:2 – 17.08.1977)

İtaliya
6: Silvio Piola (“Pro Verçelli” – “Fiorentina” - 7:2 – 29.10.1933)
6: Omar Sivori (“Yuventus” – “İnter” - 9:1 – 10.06.1961)

Fransa
7: Andre Abeqqlen (“Soşo” – “Valensyenn” – 25.08.1935)
7: Jan Nikolas (“Ruen” – “Valensyenn” - 9:1 – 11.05.1938)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler