» » Millimiz Çexiya ilə bacarmadı - Fotolar + Yenilənib

Millimiz Çexiya ilə bacarmadı - Fotolar + Yenilənib

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Millimiz Çexiya ilə bacarmadı - Fotolar + Yenilənib
Bu gün futbol üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, Azərbaycan yığması Çexiya millisini qəbul edəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da veriləcək.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
5 oktyabr


20:00. Azərbaycan - Çexiya
Baş hakim: Benua Millot
Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
Bakı Olimpiya Stadionu

***

Azərbaycan-Çexiya oyunu üçün start heyətləri açıqlanıb:

Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev,6. 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (K), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22.Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Urfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Çexiya: 23. Yiri Pavlenka, 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Jozef Huşbauer, 11. Mixal Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suxi (K), 18. Yan Boril, 20. Antonin Barak

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 16. Tomaş Kubek, 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Zmrhal, 9. Borek Dokal, 12. Simon Falta, 15. Tomaş Suşek, 19. Yan Kliment, 21. Vatslav Kadleç, 22. Filip Novak

Baş məşqçi: Karel Yarolim

***

35-ci dəqiqədə Çexiya hesabı açıb. Yan Kopiç topu qapıdan keçirib.

***

55-ci dəqiqədə hesab bərabərləşdi. Çexiyanın qapısına təyin olunan penaltini Əfran İsmayılov dəqiq yerinə yetirdi. Hazırda hesab 1-1-dir.

***

Bərabərlik uzun müddət davam etməyib. 66-cı dəqiqədə Çexiya millisi yenidən hesabda önə çıxıb. Antonin Barak başla topu qapıdan keçirib.

***

Matçda baş qol vurulmayıb və Azərbaycan 1-2 hesabı ilə məğlub olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler